"Barselona”nın müdafiəçisi Ronald Arauxo sıradan çıxıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Xəbərə görə,
Arauxonun son durumu tibbi müayinədən sonra bilinəcək. Futbolçunun bir neçə həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Qeyd edək ki, 21 yaşlı futbolçu La Liqanın 22-ci turu çərçivəsində "Betis”ə qarşı keçirilən səfər matçının (3:2) 10-cu dəqiqəsində zədələnərək meydanı tərk edib.
Fanat.Az