Bu gün Azərbaycan şahmatçısı Teymur Rəcəbov Çempionlar Turunun "Opera Euro Rapid" adlanan üçüncü mərhələsinin 1/4 finalında mübarizəyə başlayacaq.
Fanat.Az xəbər verir ki, 34 yaşlı qrossmeyster Niderlandı təmsil edən Aniş Giri ilə üz-üzə gələcək.
Giri seçmə mərhələni 9,5 xalla 2-ci, Rəcəbov 8 xalla 7-ci pillədə başa vurub.1/4 final görüşləri iki gün davam edəcək.
1/4 final cütlərinin tərkibi:
Maqnus Karlsen (Norveç) - Daniil Dubov (Rusiya)
Aniş Giri (Niderland) - Teymur Rəcəbov (AZƏRBAYCAN)
Uesli So (ABŞ) - Yan Kşiştof Duda (Polşa)
Levon Aronyan (Ermənistan) - Maksim Vaşye-Laqrav (Fransa)
Qeyd edək ki, turnirin ümumi mükafat fondu 100 000 ABŞ dollarıdır. Qalib 30 000 dollar qazanacaq.
Fanat.Az