UEFA Avropa Liqasının 1/16 final mərhələsi çərçivəsində Norveçdə keçirilməli olan "Molde” – "Hoffenhaym” matçının yerini dəyişdirib.
Fanat.Az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Xəbərə görə, görüşün İspaniyada keçirilməsi qərara alınıb. Matç fevralın 18-də, Vilyareal şəhərinin "Ceramica” stadionunda keçiriləcək.
Qeyd edək ki, buna səbəb koronavirus pandemiyası ilə əlaqədar Norveç və Almaniya arasındakı beynəlxalq uçuşlara məhdudiyyətlər qoyulmasıdır.
Fanat.Az