14:11 09.02.2021 802

Teymur Rəcəbovun İddiaçılar Turnirinə qatılmaq şansı yarandı

Azərbaycan şahmatçısı Teymur Rəcəbovun İddiaçılar Turnirinə bərpası üçün yeni imkan yaranıb.

Bu barədə "Report"a Azərbaycan Şahmat Federasiyasının (AŞF) və Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Mahir Məmmədov məlumat verib. FIDE rəsmisinin sözlərinə görə, belə bir variant Çin şahmatçıları Dinq Liren və Van Haonun yarışla bağlı narazılıqlarından sonra üzə çıxıb: "Əvvəlki format Rəcəbovun turnirdə iştirakına imkan vermir. Lakin bildiyim qədərilə çinli şahmatçıların koronavirus üzündən Rusiyaya səfər məhdudiyyətləri var. Onların hərəkət sərbəstlikləri çox azdır, rəhbərlik səviyyəsində icazə aldıqdan sonra belə turnirlərə qatıla bilirlər. Liren və Hao Rusiyaya getmələrinə razılığın verilməyəcəyindən ehtiyatlanırlar. Belə bir söhbət var, amma nə dərəcədə doğru olduğunu bilmirəm. Hər halda təşkilatçılar çinli şahmatçıların İddiaçılar Turnirinin keçirilməsinə müəyyən maneə yarada biləcəklərindən ehtiyatlanırlar. Bu və digər səbəbdən, İddiaçılar Turnirinin ikinci mərhələsi sual altına düşsə və oynanılmasa, Teymurun hazırkı yarışa qatılma şansı yaranır".

M.Məmmədov Rəcəbovun haqlı olmasının FIDE prezidenti Arkadi Dvorkoviç səviyyəsində dəfələrlə bəyan edildiyini xatırladıb: "2020-ci il martın əvvəllərində Rəcəbov İddiaçılar Turnirinin başqa tarixə keçirilməli olduğunu bildirirdi. O, mövqeyində haqlı olmasına baxmayaraq, öz hüquqlarının müdafiəsi yönündə hamı üçün başağrı yaratdı. İndi məsələni hamı birgə həll etməlidir. Biz onun haqlı olduğunu qəbul etməklə yanaşı, məsələnin həllinin çətinliyini də vurğulayırıq. Məndə olan ilkin məlumata görə, İddiaçılar Turniri apreldə Rusiyanın Yekaterinburq şəhərində yox, Moskvada keçiriləcək. Bu barədə açıqlamalar mütləq olacaq. FIDE asan vəziyyətdə deyil. Bu dəfə olmasa, gələn tsikldə mütləq Teymurun maraqlarının gözlənilməsi üçün format axtaracağıq".

Şahmat funksionerinin sözlərinə görə, koronavirus FIDE-nin işini dəfələrlə çətinləşdirib: "Oturduğumuz yerdə özümüz üçün başağrı, problem qazanmışıq. Pandemiya, gözlənilməz ssenarilər və onunla əlaqədar yaranan fəsadlar 100 ildə bir dəfə olan şeydir. Heç kim də bundan sığortalanmayıb".

Qeyd edək ki, Teymur Rəcəbov İddiaçılar Turnirindən koronavirusun yayılması səbəbindən imtina etmişdi. Rusiyanın Yekaterinburq şəhərindəki turnir martın 26-da yarımçıq dayandırılıb. Buna Rusiya Federasiyası hökumətinin digər ölkələrlə hava əlaqəsinin kəsilməsi barədə qərarı səbəb olub. 8 qrossmeysterin qatıldığı turnirin VIII turdan davam etdiriləcəyi açıqlanıb. 7 turdan sonra fransalı Maksim Vaşye-Laqrav və rusiyalı Yan Nepomnyaşi hərəyə 4 xalla ilk 2 pilləni bölüşür.

Fanat.Az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
22:20

"Qarabağ" növbəti transferini açıqladı - RƏSMİ

22:10

"Qarabağ" növbəti yoxlama oyununda qüvvəsini sınayıb

21:50

Türkiyəli gənc ulduza Avropa nəhəngləri elçi düşüb

21:15

"Liverpul"un sabiq futbolçusu yenidən İngiltərədə

20:45

"Arsenal"ın ulduzu "Fənərbağça" yolunda

20:05

UEFA Konfrans Liqası: “Zirə” - "Hayduk” matçının hakimləri məlum olub

19:17

"Sabah"ın "Sele" ilə cavab oyunu üçün planları bilindi - AÇIQLAMA

19:05

"Qarabağ" Niderland təmsilçisi "Tvente"ni məğlub edib

18:44

"Araz-Naxçıvan"ın rəqibi milli üzvü ilə gücləndi - RƏSMİ

18:19

"Sumqayıt" Yankoviçi heyətinə qatdı - RƏSMİ

17:56

"Roma" A Seriyasının ən yaxşı qapıçısı ilə müqavilə yenilədi

17:38

Azərbaycan millisi ardıcıl 2 qələbə ilə Ukrayna və Sinqapura rəqib oldu

17:20

Taleh də "Mingəçevir"i tərk etmək qərarına gəldi - SƏBƏB

17:05

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:02

"Turan Tovuz" hücumçusu ilə vidalaşdı - RƏSMİ

16:44

Seneqallı dayaq yarımmüdafiəçisi "Fənərbağça"da - RƏSMİ

16:26

"Hayduk"la mübarizəyə bütün komponentlərdə hazır olsaq..." - Ceyhun Nuriyev

16:08

Yunuszadə Premyer Liqa klubu ilə müqavilə bağlamaq üzrədir

15:53

RPL-dən uzalaşdırılan "Torpedo"nu hansı komandanın əvəzləyəcəyi bilindi

15:34

"Taktiki dəyişiklikdən sonra rəqibin əl-qolu açıldı" - Arif Əsədov

15:16

1-ci Liqada yeni mövsümün başlama tarixi bilindi

14:58

"Sumqayıt" daha bir legioneri ilə yollarını ayırdı - RƏSMİ

14:41

"Səbail" ilk transferini reallaşdırdı

14:23

Şuaybu "Qəbələ"dən ayrılıb bu klubla 1+1 illik müqavilə bağladı

14:04

İstanbul nəhəngi Asensionun transferini bitirmək üzrədir - SON DURUM

13:47

"Şəfa" akademiya yaradır

13:28

"Neftçi"də yeni təyinat reallaşdı

13:09

Bu gün 3x3 basketbol üzrə Azərbaycan millisi iki oyun keçirəcək

12:51

"Cavab oyunu yaxşı məşq olacaq" - Arda Turan debütdəki 6:0-ı dəyərləndirdi

12:23

"Oyunun ədalətli nəticəsi 2:2 hesablı heç-heçə olmalıydı" - Aslan Kərimov

12:05

"Araz-Naxçıvan"ın rəqibi sabiq "Barselona"Lı ilə gücləndi

11:46

Azərbaycan klubları avrokuboklarda yubiley qolunu vurdu

11:28

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:07

"Araz-Naxçıvan" Super Liqa təmsilçisi ilə üz-üzə

10:46

"Qarabağ" "Tvente" i qarşılaşır

10:25

"Barselona" Almaniya çempionunun 2 oyunçusuna elçi düşdü

09:45

"Sabah" uduzdu, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

09:23

London nəhəngləri razılığa gəldilər - İngilis vinger klubunu dəyişir

09:00

"Qarabağ"da yeni qapıçı - FOTO

02:04

KL: HİK-i adada "döydülər", Gürcüstan komandalarından qələbə

Facebookdan bizi izləməyi unutmayın.
X