"Barselona"nın kapitanı Lionel Messinin iş yerini dəyişəcəyi ilə bağlı informasiyalar səngimir.
Fanat.Az xəbər verir ki, nüfuzlu "France Football" jurnalının son sayının üz qabığında argentinalı superulduz PSJ formasıyla təqdim edilib. Mənbə cənubi amerikalının Paris təmsilçisiylə razılığa gəldiyini bildirib.
Qeyd edək ki, Kataloniyalılarla olan müqaviləsinin müddəti 2021-ci ilin iyununda bitəcək Messi anlaşmasının başa çatmasına 6 aydan az vaxt qaldığı üçün başqa klublarla danışıq aparmaq hüququna malikdir.