10:43 10.02.2021 1393

Federasiya prezidenti zalların açılmasını tələb edir: Bu cür laqeydlik əsəb gərginliyi yaradır

Fariz Abdullayev: Azərbaycanın sağlam gələcəyi naminə idman zallarının açılması və məşqlərin bərpa olunmasına icazə verilməlidir

"Artıq 1 ilə yaxındır ki, bütün dünyanı təhdid edən koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanda tətbiq olunan karantin rejiminə uyğun olaraq idman zallarının fəaliyyəti də qadağan edilib. Hərçənd ki, dünyanın əksər ölkələrində karantin rejimi tətbiq edilsə də, bir çox hallarda bu məhdudiyyətlər idman zallarına şamil olunmayıb”.

Bu sözləri Fanat.Az-a açıqlamasında Beynəlxalq Real Aykido Federasiyasının vitse-prezidenti, Qafqaz Real Aykido Federasiyası və Azərbaycan Real Aykido İdman Klubunun prezidenti, 5 qat Beynəlxalq seminar təmsilçisi, 5-ci DAN qara kəmər ustası Fariz Abdullayev deyib.



F.Abdullayevin sözlərinə görə, sözügedən məhdudiyyətlər məşqçi və idmançılarımıza maddi və mənəvi cəhətdən, həmçinin sağlamlığın qorunması baxımından ciddi zərər vursa da, müəyyən edilmiş qaydalara ciddi əməl edilməsi üçün həm federasiya daxilində, həm də sosial şəbəkələrdə geniş təbliğat və izahat işləri aparmaqdan çəkinməyiblər:

"Bu müddət ərzində, əksər klublarımızı və illərlə hazırladığımız idmançıların bir qismini itirsək də, tezliklə karantin rejimi qaydalarına əməl etməklə, idman zallarının fəaliyyətinə də icazə veriləcəyinə ümid edirdik. Lakin Nazirlər Kabineti yanında Operativ Qərargah sonuncu qərarları ilə sərt karantin rejimində bəzi yumşaldılmalara gedərək, vətəndaşların sıx təmasda olduğu məktəblərin, baxçaların, supermarketlərin, bərbərxanaların, çay evlərinin, kafelərin və digər ticarət-iaşə obyektlərinin fəaliyyətinə icazə versə də, nədənsə idman zalları yada düşməyib, bu da idman ictimaiyyətinin haqlı etirazına gətirib çıxarıb. Heç kəsə sirr deyil ki, idman vətəndaşların həm psixoloji, həm də fiziki durumlarını yüksək səviyyədə saxlamaları üçün ən yaxşı vasitələrdən biridir. Bu səbəbdən idman zallarının fəaliyyətinin bərpa olunması haqqında qərar verilməməsi təəssüf hissi doğurur, idman ictimaiyyətinin tələblərinə bu cür laqeydlik əsəb gərginliyi yaradır və ciddi narazılıqla qarşılanır. Ona görə ki, pandemiya dövründə bir çox ölkələrdə, məsələn, Türkiyə, Rusiya, Ukrayna, Tayland, Serbiya və digər ölkələrdə idman zallarının fəaliyyəti, ümumiyyətlə, qadağan edilməyib”.



F.Abdullayev onu da əlavə edib ki, Beynəlxalq Real Aykido Federasiyası adından məsələ ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargaha məktubla da müraciət ediblər:

"Çünki artıq federasiya üzvlərinin, eləcə də azyaşlı idmançılarımızın valideynlərinin də səbri tükənib və demək olar ki, hər gün federasiya rəhbərliyinə məşqlərin nə vaxt bərpa ediləcəyi ilə bağlı müraciət ünvanlayırlar. Onu da qeyd edim ki, digər federasiya rəhbərləri ilə söhbət edəndə, onların da həmin çətinliklərlə üzləşdiyi və bu məsələdə eyni fikirdə olduqları ortaya çıxır. Ona görə ki, Azərbaycan idman ictimaiyyətinin yeganə tələbi Azərbaycan bayrağını yüksək zirvələrə qaldıran, beynəlxalq arenalarda dalğalandıran idmançıların hazırlanmasına şərait yaradılmasıdır. Azərbaycanın sağlam gələcəyi naminə idman zallarının açılması və məşqlərin bərpa olunmasına icazə verilməlidir. Allah Azərbaycanımızı qorusun!”

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

29 May 2025
00:51

UEFA Konfrans Liqasının qalibi müəyyənləşdi

00:03

Azərbaycanın çimərlik güləşçiləri AÇ-də 3 medal qazandılar

28 May 2025
23:50

DÇ: 1/4 finalın bütün cütləri müəyyənləşdi

23:34

DÇ: Gürcüstan 1/4 finala yüksələ bilmədi

23:06

"Şamaxı"da növbəti ayrılıq - RƏSMİ

22:44

"Bu anı səbirsizliklə gözləyirəm" - Zidan Fransa yığmasından danışdı

22:07

DÇ: Çexiya 4 cavabsız qolla 1/4 finalda

21:40

"Traktor" baş məşqçisi ilə müqavilə yenilədi -RƏSMİ

21:15

"Fiorentina"nın baş məşqçisi istefa verdi - Bir neçə gün öncə müqavilə bağlamışdı

20:54

"Ümid edirəm ki, tortu gilənarla bəzəyəcəyik" - Lautaro Martines

20:17

Futbolçu faciəli şəkildə vəfat etdi

19:49

"Belə matçlarda iştirak etməyi uşaqlıqdan arzulayırsan" - Usman Dembele

19:06

DÇ: Növbəti 1/4 finalçı bilindi

18:49

"Şamaxı" tanzaniyalı yarımmüdafiəçi ilə anlaşdı - RƏSMİ

18:10

Pley-off qarşılaşmasını "Difai" qazandı

17:54

Slot ən yaxşı məşqçi seçildi

17:23

İsveçli əfsanə klubsuz qaldı

16:52

"Mbappedən Messinin üslubunda oynamağı xahiş etməyin" - Mişel Platini

16:11

"ASK Arena"da “Fair Play Matçı” keçirilib

15:57

"Çelsi" və "Betis" fanatları dalaşdılar

15:06

"Sabah"ın ilk finalı

14:55

"Qarabağ" Azərbaycan Kubokunun mütəq rekordçusudur

14:24

Pelleqrini "Çelsi"yə qarşı final oyunundan öncə belə danışdı

13:47

Gökhan Gönül istefa verdi

13:14

Özbəkistanın U-16 millisi Bakıya gəlib

12:39

"Həm Ukraynada, həm də Avropada kuboklar qazanmaq istəyimiz böyükdür" - Arda "Şaxtyor"a keçidini dəyərləndirdi

12:02

"Araz-Naxçıvan"da 2 yeni müqavilə - RƏSMİ

11:44

Avroliqanın qalibi "Bayern"in ulduzuna elçi düşdü - SON DURUM

11:15

Avropa çempionatı və Dünya Kuboku gələn il Azərbaycanda keçiriləcək

10:50

Murad Musayevli "Krasnodar" çempion heyətin 3 üzvü ilə vidalaşdı

10:19

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:58

Messi ilə Suares Uruqvayda klub yaratdılar

09:00

Minifutbol: Bu gün 1/8 final mərhələsinə yekun vurulacaq

08:00

28 May - Azərbaycanda Müstəqillik Günüdür

00:12

AFFA U-16 Liqasında mövsüm başa çatdı

27 May 2025
23:41

Yamal "Barselona" ilə yeni müqavilə bağladı - RƏSMİ

23:20

Arda Turanın yeni iş yeri bilindi - RƏSMİ

23:04

"Bir-iki saat qələbənin dadını çıxardıqdan sonra..." - Elşad Quliyev

22:58

DÇ: 1/4 finalın 4 iştirakçısı müəyyənləşdi

22:47

Yamal indikindən 3 dəfə çox qazanacaq - Məbləğ açıqlandı

Facebookdan bizi izləməyi unutmayın.
X