"Mançester Yunyated” İngiltərə Federasiya kubokunun 1/8 final mərhələsi çərçivəsində "Vest Hem”lə qarşılaşıb.
Fanat.Az xəbər verir ki, 1:0 hesabı ilə qalib gəldikləri görüş "qırmızı şeytanlar" üçün əlamətdar olub.
Belə ki, komanda kubokda arıdıcıl 9-cu ev qələbəsini qazanaraq rekorda imza atıb. Bu, İngiltərə Federasiya kuboku turnirində ən uzun qələbə seriyasıdır.
Bununla da "Mançester Yunayted” 109 illik rekordunu yeniləyib. Əvvəlki ən yaxşı göstərici 1908-1912-ci illərdə qeydə alınıb.
Qeyd edək ki, "Mançester Yunayted" İngiltərə Kubokunun 1/4 finalına çıxıb, "Vest Hem" yarışda iştirakını dayandırıb.
Fanat.Az