"Mançester Siti"nin baş məşqçisi Xosep Quardiola komandasının çempionluq şanslarından ironiya ilə danışıb.
Fanat.Az xəbər verir ki, "Goal" çalışdırıcının sözlərini belə çatdırıb:
"İki-üç ay öncə vəziyyətimiz qəliz idi. Nə çempion olmaq, nə də Çempionlar Liqasına vəsiqə qazanmaq şansımız var idi. Amma indi hazırıq. Hətta o qədər hazırıq ki, daha Premyer Liqada oynamaya da bilərik. Çempionuq axı... Başa düşmürəm, biz niyə əvvəl "Tottenhem"lə, sonra "Everton"la üz-üzə gəlməliyik? Artıq çempionuqsa, özümüzü niyə əlavə əziyyətə salmalıyıq ki?
Bilirəm insanlar niyə belə danışır... Ancaq əbədi və ideal olan heç nə yoxdur. Keçmişdə qazandığımız uğurlar gələcək qələbələrimizin təminatçısı ola bilməz. Qarşıdakı bütün oyunlara köklənmək lazımdır. Karyeram boyu çalışdırdığım bütün komandalarda belə düşünmüşəm. "Mançester Siti" də istisna deyil".
Fanat.Az