İtaliya Kubokunda yarımfinal mərhələsinin cavab görüşləri keçirilib.
Fanat.Az xəbər verir ki, ilk oyun dünən baş tutub.
"Yuventus” doğma meydanda "İnter”lə qarşılaşıb. Rəqib meydanında Milan təmsilçisini 2:1 hesabıyla yenən Turin klubu evdə qolsuz bərabərliyə nail olmaqla ilk finalçı olub.
Bu gecə isə "Atalanta” və "Napoli” münasibətlərinə aydınlıq gətirib. Dörd qolun qeydə alındığı matçda qalib gələn Berqamo klubu finala yükəlib.
İtaliya Kuboku
Yarımfinalın cavab oyunları
9 fevral
Yuventus – İnter 0:0 (ilk oyun 2:1)
10 fevral
Atalanta – Napoli 3:1 (0:0)
Qollar: Sapata, 10. Pessina, 16; 78 – Lozano, 53.