İngiltərənin "Vulverhempton” klubu futbolçusu Xonatan Kastro ilə müqaviləni yeniləyib.
Fanat.Az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərə görə, 26 yaşlı müdafiəçi ilə müddəti 2025-ci ilin yayına qədər olan sözləşmə imzalanıb.
Qeyd edək ki, "Vulverhempton” ispan futbolçunu 2019-cu ilin yayında 21 milyon avro qarşılığında "Atletiko”dan transfer edib.
Fanat.Az