Türkiyə Kubokunda 1/4 final mərhələsinə yekun vurulub.
Fanat.Az xəbər verir ki, son oyun günündə iki görüş baş tutub.
"Sivasspor” öz meydanında "Antalyaspor”a minimal hesabla uduzub.
"Beşiktaş” isə "Konyaspor”u oyunsonrası penaltilərlə üstələyərək mübarizədən kənarlaşdırıb.
Daha öncə "Başakşəhər”lə "Alanyaspor” da yarımfinala vəsiqə qazanmışdı. Beləliklə, yarımfinalda "Antalyaspor” "Alanyaspor”la, "Başakşəhər” isə "Beşiktaş”la üz-üzə gələcək.
Türkiyə Kuboku
1/4 final
9 fevral
Fənərbağça – Başakşəhər 1:2
Qol: Valensia, 72 – J.Fernandes, 42. Gulbrandsen, 96.
10 fevral
Qalatasaray – Alanyaspor 2:3
Qollar: Mustafa, 83. J.Fernandes, 90+4 – Babakar, 30; 48-pen. S.Uçan, 41.
11 fevral
Sivasspor – Antalyaspor 0:1
Qol: Fredi, 62-pen.
Konyaspor – Beşiktaş 1:1 (penaltilər 2:3)
Qollar: A.Bardakçı, 18 – O.Özyakup, 13.