"Bavariya"nın polşalı hücumçusu Robert Levandovski klublararası dünya çempionatının ən yaxşı oyunçusu seçilib.
Fanat.Az xəbər verir ki, ikinci yeri Meksikanın "Tiqres" komandasının hücumçusu Andre-Pyer Jinyak tutub. "Bavariya"nın yarımmüdafiəçisi Yozua Kimmix isə üçüncü olub.
Qeyd edək ki, Qətərdə keçirilən klublararası dünya çempionatının finalında "Bavariya" Meksikanın "Tiqres" klubuna qalib gələrək (1:0) çempion olub.