AVRO-2023-ün seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alan 21 yaşadək futbolçularda ibarət Estoniya yığmasının yeni baş məşqçi təyin olunub.
Fanat.Az xəbər verir ki, bu barədə ölkənin futbol assosiasiyası məlumat yayıb.
Komanda ukraynalı mütəxəssis Roman Kojuxovskiyə tapşırılıb. 42 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb. Onun qarşısına qoyulan məqsəd komandanı AVRO-2023-ün final mərhələsinə çıxarmaqdır.
Kojuxovski milli ilə yanaşı hazırda baş məşqçisi olduğu "Kuressare” klubunda da işini davam etdirə biləcək.
Qeyd edək ki, Estoniya yığması seçmə mərhələdə Azərbaycanla yanaşı, Xorvatiya, Avstriya, Norveç və Finlandiya ilə mübarizə aparacaq.
Fanat.Az