"Neftçi"nin sabiq baş məşqçisi Roberto Bordinin Moldava yığmasına rəhbərlik edəcək.
Fanat.Az xəbər verir ki, bu barədə ölkənin futbol federasiyası məlumat yayıb.
55 yaşlı italiyalı mütəxəssisin müqaviləsi 2021-ci il noyabrın 15-də başa çatacaq. Bordin Moldova yığması ilə dünya çempionatının seçmə mərhələsində uğur qazanmağa çalışacaq.
Qeyd edək ki, Roberto Bordin 2018-ci ilin iyulundan 2020-ci ilin yanvarınadək "Neftçi"nin baş məşqçisi olub.
Fanat.Az