11:21 14.02.2021 1728

Nizami Paşayev: "Məni polşalı idmançıya görə aradan götürdülər"

Azərbaycanın ağırlıqqaldırma üzrə Avropa və üçqat dünya çempionu Nizami Paşayevin "Report"a müsahibəsi

- Karyeranızı bitirdikdən sonra hansı işlərlə məşğul olursunuz?
- Hazırda Xırdalan şəhərində özümə məxsus olan ağırlıqqaldırma zalında milli komandanın üzvü Dadaş Dadaşbəyli ilə məşğulam. Aprelin 4-də Rusiyanın Moskva şəhərində Avropa çempionatı keçiriləcək. İdmançımızı həmin yarışa hazırlayıram. Amma yığmada fəaliyyət göstərmirəm.

- Dadaş Dadaşbəyli dopinq cəzasını başa vurduqdan sonra necə təsir bağışlayır?
- Dadaşbəylinin 4 illik cəzanı 2019-cu il dekabrın 21-də başa çatıb. Pandemiya ilə bağlı heç bir yarış keçirilmədiyindən, o vaxtdan bu yana heç bir turnirdə iştirak etməyib. Amma məşqlərini davam etdirir. Avropa çempionatına qatılacaq.

- Bir çox idman zalının fəaliyyətinə icazə yoxdur. Belə bir şəraitdə çalışmaq sizə necə təsir edir?
- Dadaşbəyli yığmanın üzvü olduğu üçün yalnız ikimizin iştirakı ilə məşqlərimiz davam edir. Gənclər və idman Nazirliyindən icazə almışam. Deyiblər ki, milli üzvlərinə təklikdə məşq keçmək olar.

- Bu idman növündə ümumi vəziyyəti necə dəyərləndirirsiniz?
- Nəsə desəm, yalan olar. Çünki mən Azərbaycan Ağır Atletika Federasiyası ilə maraqlanmıram, heç bir məlumatım yoxdur. 5 ildir federasiyadan ayrılmışam.

- Bu cür nüfuzlu idman növü hazırda dopinq qalmaqalları ilə çalxalanır...
- Bilirsiniz ki, əvvəllər Ümumdünya Ağırlıqqaldırma Federasiyasının (IWF - red.) prezidenti Tamaş Ayan idi. Ondan sonra bir neçə dəfə federasiyanın rəhbəri dəyişilib. Dəqiq adları deyə bilməyəcəyəm. Pandemiya ilə əlaqədar IWF-ə yeni təyinat gerçəkləşməyib. Yəqin ki, koronavirus bəlası başa çatdıqdan sonra seçkilər keçiriləcək. Hər şey rüşvətlə bağlıdır. O vaxt kim Tamaş Ayana pul verirdisə, onları dopinq-testdən kənarda qoyurdu, yoxlamırdı. Pul verməyən komandaları isə məhv edirdi.

- Siz özünüz də Tamaş Ayanın dövründə oxşar problemlərlə üzləşmisiz. Necə düşünürsünüz, bu da qurulmuş oyunlardan irəli gəlirdi?
- Yəqin, 2006-cı ildə baş verənləri nəzərdə tutursunuz. Həmin il Polşaya yollanarkən test vermişdik. Alan Naniyevlə bir otaqda qalırdıq. Məşqçi hansı bərpaedici preparatları verirdisə, yalnız onları qəbul edirdik. Avropa çempionatında əsas rəqibim polşalı Şimon Koletski idi. Mən həmin yarışda çempion olmuşdum. Fikrimcə, polşalıya görə məni aradan götürdülər. Yarışda Naniyev də dopinq-testi vermişdi. Onda hər şey qaydasında oldu, amma məndə qadağan olunmuş maddə çıxdı. 2008-ci ildə də eyni hadisə təkrarlandı. Pekin Yay Olimpiya Oyunlarından öncə testdən keçmişdim. Olimpiya Kəndinə çatan kimi əşyalarımı otağa qaldırmağa imkan vermədilər. Dedilər ki, çantalarını qapının ağzına qoy, test ver. 5 testin hamısı neqativ çıxdı. Amma 8 ildən sonra dopinq aşkarlandığını dedilər. Bu, necə olur, mənə çatmır. Əlbəttə, hamısı oyundur. Dopinq var idisə, elə yerində deyərdilər.

- Yetirməniz olan Nicat Rəhimov Qazaxıstan yığmasının heyətində dünya və olimpiya çempionu oldu. Amma bu yaxınlarda ona qarşı olimpiadadakı dopinq-testini dəyişdirməsi ittihamı irəli sürülüb. Onun dopinq qəbul etməsinə inanırsınız?
- Əlbəttə, inanmıram. Üç olimpiadanın iştirakçısıyam. 2012-ci il London Yay Olimpiya Oyunlarında məşqçi kimi iştirak etmişəm. Orada analiz nəticəsini dəyişmək qeyri-mümkündür. Adamın dalınca 5 nəfər düşür. Bayıra çıxmaq istəyirsən, icazə vermirlər. Ya da yanına 2 nəfər salırlar, onlarla çıxırsan. Bu halda analizi necə dəyişdirmək olar, mənə çatmır. Təbii ki, bu da oyundur. Olimpiadada dopinq-testi dəyişdirmək mümkün deyil.

- Yığmanın Tokio olimpiadasındakı şanslarını necə dəyərləndirirsiniz?
- Bunu milli komandanın baş məşqçisindən soruşa bilərsiniz. Heç nədən xəbərim yoxdur. Hazırda Dadaşbəyli ilə məşğulam və onun hazırlığı barədə məlumat verə bilərəm.

- O, hansı çəki dərəcəsində mübarizə aparacaq və nəyə ümid edir?
- Əvvəl gənclər arasında 96 kq-da çıxış edirdi. Bilirsiniz ki, çəki dərəcələri dəyişdirildi. Əvvəl say 8 idi, indi 10 ediblər. Dadaş Dadaşbəyli Azərbaycanı 109 kq-da təmsil edəcək. Ümidvaram ki, zədə olmasa, böyük uğurlar qazanacaq. Cəzalı olduğu üçün müəyyən yarışlarda iştirak edə və qarşıdakı olimpiadaya vəsiqə qazana bilməyib. İnanıram ki, 2024-cü ildə bayrağımızı yüksəklərə qaldıracaq və himnimizi səsləndirəcək.

- Demək, Tokio Yay Olimpiadasında iştirak şansını itirib...
- Bəli. Moskavadakı Avropa çempionatı lisenziya xarakteri daşımır. Olimpiadaya vəsiqə qazanmaq üçün üçün 2018 və 2019-cu il dünya çempionatlarında iştirak etməli idi. Əvvəllər lisenziya komanda hesabında verilirdi, onda istədiyin idmançını apara bilirdin. İndi isə qaydalar dəyişdirilib, lisenziyalar şəxsi xarakterlidir. Bunun üçün idmançı xal yığmalı və sonda ona lisenziya təqdim olunmalıdır.

- Dadaşbəylidən Avropa çempionatında uğurlu nəticə gözləmək olar?
- Diskvalifikasiya müddəti başa çatdıqdan sonra məşqlərə başladıq. Diz nahiyyəsində problem oldu. Federasiyanın prezidenti Cahangir Əsgərov sağ olsun, onu Türkiyənin paytaxtı Ankaraya ezam etdi və Dadaşbəyli dizindən əməliyyat olundu. 2 aydır birgə məşq edirik, hər şey yaxşıdır. Hazırda mənə onun Avropa çempionatında iştirakı vacibdir. Medal qismət olar, lap yaxşı, olmasa da, önəmli deyil. Əsas hədəfimiz bu ilin sentyabrında Konya şəhərində keçiriləcək İslam Həmrəylik Oyunları, gələcəkdə baş tutacaq dünya çempionatları və 2024-cü il Paris Olimpiya Oyunlarıdır.
 
Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

03 May 2024
21:56

"Prezident Kuboku-2024": Bağlanış mərasimi keçirildi

21:18

"Həyatımın yarıdan çoxunu bu klubda keçirdim" - Marko Roys

20:54

MY ilə "Barselona" yarımmüdafiəçilərini dəyişirlər

20:28

"Qalib gəlsəydik, bu insident yaşanmayacaqdı" - Klopp Salahla mübahisəsindən danışdı

19:30

Mourinyu AÇ-2024-ün favoritlərini açıqladı

18:45

Ronaldo "Valyadolid"i də satacaq? - AÇIQLAMA

18:14

"Qarabağ" - "Neftçi" görüşünün hakimi bəlli oldu

18:00

"Nyukasl" iki oyunçusuna fantastik qiymət qoydu - MƏBLƏĞ

17:41

Azərbaycan Dünya Olimpiya Təsnifat turnirinə 9 güləşçi ilə qatılacaq

17:22

"Mançester Yunayted" ten Haqla bağlı qərarını verdi

17:05

"Kəpəz" "Sumqayıt"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

16:50

Final oyununun hakimləri bilindi

16:36

Dortmund "Borussiya"sı Roysla bağlı qərarını açıqladı

16:27

Rüstəm Məmmədov "Şamaxı"ya məğlubiyyətin səbəblərini dedi

16:01

Ançelotti "Bayern"ə qarşı hansı qapıçını oynadacaq? - Özü dedi

15:41

Güləş üzrə U-23 Avropa çempionatı Bakıda keçiriləcək

15:29

Klopp Salahın "Liverpul"da qalıb-qalmayacağı ilə bağlı sualı belə cavablandırdı

15:10

"Prezident Kuboku": Azərbaycan beynəlxalq reqatanı 9 medalla başa vurdu

14:55

"Sıralarımıza daha çox gənclərin qoşulması ilə barışmaq lazımdır" - Erik ten Haq

14:38

“Prezident Kuboku 2024”: Azərbaycandan səkkizinci medal

14:20

Tanınmış idmançılar master-klas keçdilər

14:03

Kişi həndbolçular arasında Azərbaycan çempionatı: 19-cu turun proqramı açıqlandı

13:57

“Prezident Kuboku 2024”: Paşayev - Babayev cütlüyü "bürünc" qazandı

13:53

"Sumqayıt" azarkeşlərinə görə cərimələndi

13:47

"Turan Tovuz"un legionerinə 4 oyunluq cəza

13:30

"İnanıram ki, 2028-dəki Olimpiya Oyunlarında daha çox idmançımız iştirak edəcək" - Fərid Qayıbov

13:17

"Sumqayıt" "Kəpəz"lə oyundan öncə onu itirdi - AÇIQLAMA

12:58

Pedri növbəti mövsümə harada başlayacaq?

12:39

İtaliya nəhəngi MY-nin hücumçusunu aparır

12:21

"Srvena Zvezda" 35-ci çempionluğunu bayram etdi

12:02

AL: Həftənin ən yaxşısı adına namizədlər bilindi

11:43

"Salah indiyədək gördüyüm ən eqoist futbolçudur"

11:29

"Sabah" bölgədən akademiyasına 22 uşaq seçdi - VİDEO

11:21

Prezident Kuboku-2024": Reqatada altıncı medal

11:10

"Bayer" Romadan da "sağ çıxdı" - VİDEO

10:50

"Prezident Kuboku-2024": Azərbaycan komandasından reqatada növbəti medal

10:32

Messi MLS-in ən yaxşısı elan olundu

10:11

"Mövsümün sonuna qədər dayanmaq istəmirik" - Xabi Alonso

09:50

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

09:26

Renat Dadaşovun komandasında məşqçi istefası

Facebookdan bizi izləməyi unutmayın.
X