Ukrayna Premyer Liqasında qış fasiləsi başa çatıb.
Fanat.Az xəbər verir ki, bu gün 14-cü turun oyunları keçirilib.
Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin formasını geyindyi "Aleksandriya” da növbəti matçına çıxıb. Paşayevin komandası səfərdə "Mariupol”la üz-üzə gəlib və 1:0 hesablı qələbə qazanıb.
Pavel start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Millimizin üzvü 65-ci dəqiqədə sarı vərəqə alıb.
"Aleksandriya” 14 turdan sonra 19 xalla 14 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.
Fanat.Az