İspaniya Sequndasında 25-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi "Albasete” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə "Leqanes”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:3.
İsrafilov start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Millimizin üzvü 62-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
"Albasete” 25 oyuna topladığı 24 xalla 22 iştirakçı arasında 20-ci pillədə qərarlaşıb.
Fanat.Az