Argentina millisinin sabiq futbolçusu Leopoldo Luke vəfat edib.
Fanat.Az xəbər verir ki, bu barədə ölkənin futbol federasiyasının rəsmi saytı məlumat yayıb.
Mərhum 71 yaşında dünyasını dəyişib.
Luke 1978-ci il dünya çempionatında qızıl medal qazanıb. O, yığmada 45 oyuna 22 qol vurub.
Qeyd edək ki, Leopoldo Luke Braziliyanın "Santos", Argentinanın "River Pleyt", "Rasinq" və "Rosario Sentral" klublarının formasını geyinib. Yanvarda onun koronavirusa yoluxduğuna dair xəbərlər yayılmışdı.
Fanat.Az