"Trabzonspor"un heyətində daha iki futbolçu koronavirusa yoluxub.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Beləliklə, komandada xəstə oyunçuların sayı 6-ya çatıb. Futbolçularla yanaşı, klubun 1 əməkdaşının da infeksiyaya yoluxduğu bildirilib.
Qeyd edək ki, "Trabzonspor" fevralın 19-da Superliqanın XXVI turunda "Başakşehir"lə qarşılaşacaq.
Fanat.Az