Argentina milli komandasının sabiq hücumçusu Leopoldo Luke vəfat edib.
Fanat.Az xəbər verir ki, 71 yaşlı keçmiş futbolçu infarkt keçirib. O, daha əvvəl koronavirusa yoluxduğu üçün xəstəxanada müalicə alırdı.
Luke Argentina yığmasında 45 oyuna 22 qol vurmuşdu. O, yığma ilə DÇ-1978-in qalibi olub. Hücumçu "River Pleyt” komandası ilə 5 dəfə də Argentina çempionu adını qazanıb.