"Atalanta”nın müdafiəçisi Rafael Toloy vətəndaşlığını dəyişib.
Fanat.Az "Football İtalia”ya istinadən xəbər verir ki, braziliyalı futbolçu İtaliya millisində oynamaq üçün FİFA-ya müraciət edib.
Artıq 30 yaşlı futbolçunun müraciəti təsdiqlənib və dəvət gələcəyi halda, o, İtaliya yığmasında oynaya biləcək.
Toloy 2014-cü ildə Braziliyadan İtaliyaya köçüb. Daha əvvəl "Roma”da çıxış edən "sambaçı" 2015-ci ildən "Atalanta”da top qovur.
Braziliya millisinin əsas komandasında debüt etməyən arxa xətt oyunçusu U-20 millisində 19 matça çıxıb.
Fanat.Az