Avropa Liqasında 1/6 final mərhələsinin ilk oyunlarından sonra həftənin futbolçusu adına namizədlər açıqlanıb.
Fanat.Az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
İngiltərənin "Mançester Yunayted" klubundan Brunu Fernandeş, "Tottenhem"dən Qaret Beyl, Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasından Bruno Petkoviç və Almaniya "Hoffenhaym"ından Munas Dabbur namizədlər sırasında yer alıblar.
Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə nəticəsində bəlli olacaq.
Fanat.Az