Serbiyanın "Srvena Zvezda" klubu Zlatan İbrahimoviçdən üzr istəyib.
Fanat.Az xəbər verir ki, buna səbəb isveçli futbolçunun Avropa Liqasının 1/16 finalının "Srvena Zvezda" - "Milan” oyunu (2:2) zamanı təhqirlərə məruz qalması olub.
Klubdan verilən açıqlamada bildirilir: "Srvena Zvezda" Zlatan İbrahimoviçlə bağlı təhqiramiz ifadələri ən sərt şəkildə pisləyir. Görüşü iki böyük komanda səviyyəsində təşkil etmək üçün əlimizdən gələni etdik və heç kimin ölkəmizin, xalqımızın ənənəvi qonaqpərvərliyinə kölgə salmasına imkan verməyəcəyik".
Qeyd edək ki, sosial şəbəkələrdə Bosniya və Xorvatiya əsilli İbrahimoviçin etnik zəmində təhqir olunduğunu əks etdirən video yayılıb.