12:03 20.02.2021 907

"Qarabağ": Bu səhv növbəti görüşlərdə aradan qaldırılacaq

"Burada Azərbaycan dilinə hörmətsizlikdən söhbət gedə bilməz".

Bu fikirləri "Report"a açıqlamasında "Qarabağ"ın Mətbuat katibi Gündüz Abbaszadə serbiyalı futbolçu Uroş Matiçin formasındakı adın başqa əlifba ilə yazılmasına münasibət bildirərkən deyib.

Abbaszadə "Qarabağ" klubunun illərdir bu məsələyə həssas yanaşdığını vurğulayıb: "Digər əcnəbi futbolçuların adları Azərbaycan dilinin qaydalarına, tələbinə uyğun yazılıb. Filip Ozobiçi misal göstərə bilərəm. Xayme Romeronun adı belə ispan dilində tam fərqli səslənsə belə, Azərbaycan dilinin qaydalarına uyğun olaraq "X" hərfi ilə yazılıb. Çünki dilimizin qaydaları bunu tələb edir. O ki qaldı Matiçin formasındakı məsələyə, bu, texniki səhvdir. Məsələyə həssaslıqla yanaşırıq. Uzun illər Azərbaycan adını, ölkə futbolunu Avropada qürurla təmsil edən bir klub heç vaxt dilimizə hörmətsizlik etməz".

Abbaszadə növbəti görüşlərdə yanlışlığı aradan qaldıracaqlarını da söyləyib.

Qeyd edək ki, "Qarabağ" Azərbaycan Premyer Liqasının XV turunda "Sumqayıt"la səfər oyununda əsasnaməni pozub. Komandanın futbolçusu Uroş Matiçin formasında Azərbaycan əlifbasında yer almayan hərfdən istifadə edilib.
 


Peşəkar Futbol Liqasının (PFL) Texniki idman şöbəsinin rəisi Elgiz Abbasov "Qarabağ" klubunun Azərbaycan Premyer Liqasının XVI turunda "Sumqayıt"la səfər matçında əsasnaməni pozduğunu bildirib. Abbasov Ağdam təmsilçisinin serbiyalı futbolçusu Uroş Matiçin oyun formasındakı yazının qaydalara zidd olduğunu vurğulayıb: 

"Azərbaycan Premyer Liqasının, Azərbaycan Kubokunun və I Divizionun Əsasnaməsində də qeyd olunduğu kimi futbolçu futbolkaları Azərbaycan əlifbasından istifadə etməklə yazılmalıdır. Yəni əlifbamızdan kənara çıxmaq olmaz. Matic və ya Matiç kimi yazmaq olar, "Matic`" yazılışı isə hazırkı qaydalara ziddir. Amma digər tərəfdən, bunun bir az yanlış xatırlama olduğunu görmək olar. Siyahıda olan oyunçulara baxın. Zubir, Ozobiç adları və ya soyadları yazılarkən hətta əlifbamız qorunmaqla yanaşı, səslənmə də qorunub".

PFL rəsmisinin sözlərinə görə, insan faktorları olan yerdə səhvlər də qaçılmazdır. "Təcrübəmdən deyə bilərəm ki, ad, soyad, "nickname" futbolçu üçün çox vacibdir, amma qaydalar mütləq izlənməlidir. Komandanın baş məşqçisi hələ Rusiyada oynayanda jurnalistə "Mənim adım Kurban Kurbanov yox, Qurban Qurbanovdur" demişdi. Yəni, ad məsələləri hər zaman müzakirə mövzusudur. Amma qaydalar var və bu qaydalar önəmlidir".

Abbasov onu da əlavə edib ki, bu tip məsələlər AFFA İntizam Komitəsində müzakirə olunur və müvafiq qərarlar çıxarılır.

Matiç əvvəllər də arxasında "Matic`" yazılmış formalarla oyuna çıxıb. Sadəcə, məsələ həmin vaxt diqqətdən yayınıb və yalnız ötən gün sosial şəbəkədə gündəmə gətirilib.

Qeyd edək ki, "Sumqayıt" - "Qarabağ" matçı qolsuz bərabərliklə başa çatıb. PFL-in əsasnaməsinin 4.4 bəndinə görə, formalardakı yazılarda Azərbaycan əlifbasından istifadə olunmalıdır: "Başqa əlifbadan istifadə edən klublar cəzalandırılacaq".
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
00:20

"Barselona" axtardığı qapıçını İspaniyada tapdı

14 May 2025
23:44

"Qalatasaray" Türkiyə Kubokunu darmadağınla qazandı

23:17

Kanadalı hücumçu Fransa klubundan gedəcəyini təsdiqlədi

22:45

"Bayer"in lideri "Liverpul"da - Valideynləri ilə İngiltərəyə yollandı

22:09

Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olundu

21:46

Azərbaycanın sərbəst güləşçiləri İranda turnirdə iştirak edəcəklər

21:15

Azərbaycan taekvondoçusu dünya birinciliyində bürünc medal qazandı

20:57

"Sabah" ardıcıl 3-cü dəfə ABL-in qalibi oldu

20:51

Dünya futbolunda yeni rekord - Braziliyalı vinger tarixə düşdü

20:19

"Real" 24 dəqiqə meydanın bizə aid olan hissəsində topa toxuna bilməmişdi" - Flik

19:48

Azərbaycan millisinin DÇ-2026-ya başlayacağı arena müəyyənləşdi

19:11

Maxaçev yarım orta çəkidə titul qazanmaq üçün kəmərindən keçdi

18:51

Ulduz futbolçunun atası meydanda döyüldü - FOTOLAR

18:10

Millimizin Ukrayna yığması ilə matçının yeri bilindi

17:47

"Xankəndi" yarımfinalın ilk oyununda darmadağına sevindi

17:28

Fabreqas qalacaq, rəhbərlik transferlərə milyonlar ayıracaq - MƏBLƏĞ

17:10

"Real"ın qapıçısı zədələndi - RƏSMİ

16:53

"Sampdoriya" tarixində ilk dəfə bu aqibəti yaşadı

16:35

"Atalanta" rəhbərliyi Qasperinini saxlaya biləcəkmi? - SON DURUM

16:17

Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verildi

15:58

"Bayer Leverkuzen" Xabi Alonsonu kiminlə əvəzləyəcəyinə qərar verdi

15:39

Premyer Liqa klubunun hücumçusu yenidən komaya düşdü

15:20

"Şalke" Kariusla bağlı qərarını verdi - SON DURUM

15:01

Azərbaycan millisi Avropa Kubokunda mübarizə aparacaq

14:42

"Sabah"ın 10 yaşlıları beynəlxalq turnirə yollandı

14:23

Zeedorf İran klubunda - Məşhur həmyerlisini də yanına aparır

14:05

"Qarabağ"ın mükafatlandırılacağı tarix bilindi

13:46

"Maddi gəlir artdıqca yerlilərin əksəriyyəti rahatlaşır" - 2007/2008 mövsümünün bombardiri səbəbləri açıqladı

13:28

AFFA "Kəpəz"lə "Sumqayıt"a 9200 manat cərimə kəsdi

13:09

Ter Ştegen "1 nömrə" statusunu itirdi

12:50

"Yuventus"un müdafiəçisi üçün mövsüm bitdi

12:32

Bu mövsüm İPL-də Palmer kimisi olmayıb

12:14

"Milan" "Mançester Siti"dən icarəyə götürdüyü Uokeri saxlayacaqmı? - Dəqiqləşdi

11:56

Kriştianu Ronaldu Avropaya qayıtmaq istəyir - Yeni klubu açıqlandı

11:38

"Napoli" Sudakovun klubuna rəsmi təklif göndərdi - MƏBLƏĞ

11:20

20 yaşlı futbolçu İspaniya nəhənginə keçməyə yaxındır - SON DURUM

11:02

"Kəpəz"in İdarə Heyətinin yeni sədri Redniklə bağlı məsələyə aydınlıq gətirdi - MÜSAHİBƏ

10:50

"Brayton" rəhbərliyi 39 yaşlı Milnerlə bağlı qərarını verdi

10:33

İPL klubunun komaya düşən hücumçusunun son vəziyyəti nə yerdədir?

10:16

Rahil Məmmədov Polşa klubundan ayrıldı

Facebookdan bizi izləməyi unutmayın.
X