Türkiyə Superliqasında 26-cı turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, şənbə günü daha dörd görüş reallaşıb.
"Kasımpaşa” evdə "Fatih Karagümrük”ü, "Dənizlispor” "Gənclərbirliyi”ni yenibsə, "Yeni Malatyaspor” "doğma divarlar arası"nda "Konyaspor”a boyun əyib.
Lider "Qalatasaray” "Alanyaspor”un qonağı olub və 3 xalı tək qolla qazanıb.
Türkiyə Superliqası
26-cı tur
19 fevral
Başakşəhər – Trabzonspor 0:1
Qol: Y.Sarı, 79.
20 fevral
Kasımpaşa – Fatih Karagümrük 3:2
Qollar: Telin, 20. Y.Erdoğan, 59; 68 – Roko, 14. Kastro, 80.
Dənizlispor – Gənclərbirliyi 1:0
Qollar: Mesanoviç, 19.
Yeni Malatyaspor – Konyaspor 2:3
Qollar: A.Büyük, 24; 45+3-pen – Diomande, 72. Çikalleşi, 80; 84.
Alanyaspor – Qalatasaray 0:1
Qol: E.Kılıç, 18.
21 fevral
14:30 Ərzurumspor – Hatayspor
17:00 Qaziantep – Antalyaspor
17:00 Sivasspor – Kayserispor
20:00 Fənərbaxça – Göztəpə
22 fevral
20:00 Ankaragücü – Rizəspor