Türkiyə Super Liqasında XXV turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, "Fənərbağça" bu turda "Göztəpə"ni qəbul edib. Çempionluq uğrunda mübarizə aparan İstanbul klubu evdə minimal hesabla yeniilib - 0:1. Matçın yeganə qoluna 9cu dəqiqədə Halil Akbunar imza atıb.
Qeyd edək ki, "Fənərbağça" 25 oyundan sonra 51 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Bu tur istirahət edən "Beşiktaş" eyni xalla 3-cü pillədədi. 54 xalı olan "Qalatasaray" isə turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.