"Qəbələ"nin futbolçusu Nikolas Raysel "Footmercato" nəşrinə müsahibə verib.
Fanat.Az xəbər verir ki, karyerası barədə danışan 28 yaşlı yarımmüdafiəçi "Qəbələ"yə keçdiyi dönəmi də xatırlayıb.
"Belçikanın "Ostende" klubundakı ilk mövsümdə 7 ay oynamadım, sonra "Ruselare"yə icarəyə veriləndə çox oyunda meydana çıxdım. Dizimdə ağrılar yox idi. Mənim üçün fərdi olaraq faydalı oldu. Növbəti mövsümdə isə meydan üzü görmədim.
Qış transfer pəncərəsi gəlmişdi. Belə davam etmək imkansız idi. Həmin vaxt mənimlə Belçika ikinci liqasından maraqlanırdılar. Fransanın II çempionatından belə təklif yox idi. Ancaq üç il əvvəl həmin liqada ən yaxşı oyunçu seçildim. İnsanlar məni bir az unutmuşdular. Bütün bunlardan uzaqlaşmağa və yeni bir ölkədə sıfırdan nəsə etməyə qərar verdim və "Qəbələ"yə keçdim. Dostum Abdelrafik Jerar bu kluba keçmişdi. Jerar idman direktoru ilə bu barədə danışdı və mənim videolarıma baxdılar. "Qəbələ"yə keçməyimi istədi", deyə Raysel bildirib.
Fanat.Az