Türkiyənin "Yeni Malatyaspor” klubu baş məşqçisi Hamza Hamzaoğlunu istefaya göndərib.
Fanat.Az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərə görə, Hamza Hamzaoğlu və onun köməkçiləri ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Hamza Hamzaoğlu "Yeni Malatyaspor”a ötən ilin avqust ayında təyin olunub.
Xatırladaq ki, komanda bu mövsüm keçirdiyi 25 oyunda 30 xal toplamış komanda Super Liqada 21 kollektiv arasında 13-cü sırada qərarlaşıb.
Fanat.Az