İspaniya La Liqasında 23 turdan sonra cəmi 47 xal toplayan "Barselona” son 14 ilin antirekorduna imza atıb.
Fanat.Az xəbər verir ki, Kataloniya təmsilçisinin 2006/07 mövsümündən sonra belə uğursuz nəticə olmamışdı. Həmin mövsüm komanda 46 xal toplayıb. Bu dəfə 47 xalı olan klub turnir cədvəlində 3-cü sırada qərarlaşıb. "Barselona” lider "Atletiko”dan 8 xal geri qalır.
Qeyd edək ki, "Barselona” XXIII turda "Kadiz”lə qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Fanat.Az