"İnter"in Avstriyadakı təlim-məşq toplanışı davam edir.
Bu gün "İnter" toplanış çərçivəsində ilk yoxlama görüşünə çıxacaq. Bu oyunda komanda Avstriyanın "SV İnnsbruk" klubuyla üz-üzə gələcək.
Qeyd edək ki, “SV İnnsbruk” Avstriyanın gücünə görə 4-cü liqasının Tirol zonasında mübarizə aparır. Komanda ötən mövsümdə 30 qarşılaşmada 43 xal toplayıb və bu nəticə ilə "SV İnnsbruk" 16 komanda arasında 8-ci olub.
Əlavə edək ki, "İnter"-"SV İnnsbruk" matçı Avstriya vaxtıyla saat 19.00-da başlayacaq.
İdman24.az