İtaliyanın "Kalyari" klubu baş məşqçisi Eusebio Di Françesko ilə yollarını ayırıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 52 yaşlı mütəxəssisin müqaviləsi ləğv edilib. İtaliyalı baş məşqçi ilə yanaşı, onun köməkçiləri də istefaya göndərilib. Di Françeskonu bu postda Leonardo Sempliçinin əvəzləyəcəyi gözlənilir.
"Kalyari" A Seriyasında 23 turdan sonra 15 xalla 18-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, Eusebio Di Françesko İtaliyanın "Virtus Lansiano", "Peskara", "Leççe", "Sassuolo", "Roma" və "Sampdoriya" klublarını çalışdırıb.