15:05 24.02.2021 953

"Məktəblərin meydançalarını söküb, yerində bina tikirlər" - Aqil Abbas

Ötən gün Milli Məclisin iclasında deputat Tahir Kərimli futbolumuzdakı durumu sərt tənqid edib. Millət vəkili Aqil Abbas həmkarının fikirlərinə münasibət bildirib.

"Tahir müəllim də mənim sözümü dedi. Mən 10 ildir bu haqda yazır, fikirlər səsləndirir, AFFA-nı tənqid edirəm.  Bölgə futbolu ilə bağlı müxtəlif məqalələr, köşə yazıları yazıram" - deyə A.Abbas qeyd edib.

"Tahir müəllim də sağ olsun ki, o da bu haqda danışdı. Verdiyim müsahibələrdə həmişə deyirəm ki, Azərbaycanda futbolunu məhv ediblər Azərbaycanda yanlız məhəllə futbolu oynayırlar, uşaqlar "top-top" oynadığı kimi. Bununla belə, "Qarabağ”, "Neftçi”, "Qəbələ” növbə ilə Avropaya gedib oynaya bilirlərsə, bu, inqilabdır. Əgər uşaq futbolu yoxdursa, bölgə futbolu yoxdursa, Bakıda futbol ola bilməz. Əvvəllər məhəllədə futbol oynayardılar. Bu gün Bakı şəhərində hansı məhəllədə normal stadion var?! Məhəllələrdə maşın əlindən yer olmur, məktəblərin meydançalarını söküb, yerində bina tikirlər. Bircə Yasamaldakı 13 nömrəli məktəbin direktoru qoymadı ki, stadionu alıb orada çoxmərtəbəli bina tikələr.

İndi mən deyim niyə o vaxt Azərbaycanda futbol var idi. O zaman bölgə futbolu və Bakı futbolu vardı. Bakı futbolu məhəllə futbolu idi, texnika ilə oynayırdılar- aldatmaq, başının üstündən top atmaq və başqa fəndlər. Amma rayon futbolunda nə var idi?  Orada futbola həvəs, sevgi, məhəbbət var idi. Bir də görürdün stadion yoxdur, amma uşaqlar daşları düzüb futbol oynayırdılar, onlar fiziki cəhətdən çox üstün idi, saatlarla futbol oynasalar da, yorulmaq bilmirdilər. Bakı futbolunun texnikası və bölgə futbolunun fiziki gücünü birləşdirəndə peşəkar futbolu yaranırdı.İndi isə rayonlarda futbol yoxdur. Vaxtilə Yevlax, İmişli, Bərdədə az da olsa futbol var idi. Məsələn, Qəbələdə futbol olmayıb, olsa o şəraiti olan stadionda futbola baxmağa gələn 100-150 nəfər olmazdı. Futbol məktəbi olub Tovuzda, Gəncədə, Mingəçevirdə, Ağdamda. Bir də Qubada uşaq futbol məktəbləri olub. Lənkəran futbolu həmişə yaxşı olub, "Xəzər Lənkəran”ı da ləvğ etdilər, qoymadılar yaşasın. İndi də "Qəbələ”ni ləvğ etmək istəyirlər, amma hələ ki bacarmırlar. İndi bölgələrdə futbol yoxdursa kim oynayacaq?!"

Millət vəkili etdiyi tənqidlərə AFFA rəsmilərindən reaksiyalar gördüyünü vurğulayıb: "AFFA rəhbərliyi ilə dəfələrlə söhbətim olub, tənqidlərimə reaksiya veriblər. Rövnəq Abdullayevlə Milli Məclisdə həmkar olmuşuq. Həmişə oturub bir stəkan çay içəndə yanlız futboldan danışmışıq.  Bakıda SOCAR-ın puluna klublar yaranıb, nəticəsi də yox.  "Səbail” yaradılıb. "Səbail” nədir?! Səbaildə futbol ola bilər?! Mümkün deyil. Bakıda "Neftçi” ola bilər. Bir qədər indi "Zirə” yaxşı oynayır. Bakı üç komanda saxlaya bilər, onların da məktəbi olmalıdır".

Mənbə: Qol.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyul 2025
13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

10:13

“Azərlotereya”nın komandası çempion oldu

09:54

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:35

"Qəbələ"nin akademiya ismarıcı: AFFA-nın cavabı və cavabsız qalan suallar

09:18

Klublararası dünya çempionatında ilk finalçı müəyyənləşir

09:00

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

00:14

ACF daha 24 klub və idman təşkilatına 5 illik lisenziya təqdim etdi

07 İyul 2025
23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

19:38

Rakitiç "Zirə"nin rəqibini tərk etməyəcək - RƏSMİ

19:11

"Şamaxı"dan ayrılan Məsimov və daha 3 futbolçu bu kluba keçir

18:57

MPL: 2025/2026 mövsümün püşkatma mərasiminin vaxtı bilindi

18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

17:47

"Karvan" qapıçısı ilə bağlı yekun qərarını verdi

17:28

Araz Abdullayev Premyer Liqa klubuna keçdi

17:10

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

16:53

"Baş verən hadisə mənə çox pis təsir edib" - Canluici Donnarumma

16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

Facebookdan bizi izləməyi unutmayın.
X