Türkiyənin "Antalyaspor” klubunun yeni prezidenti müəyyənləşib.
Fanat.Az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərə görə, qarşıdakı üç il ərzində kluba Mustafa Yılmaz rəhbərlik edəcək.
Qeyd edək ki, "Antalyaspor”un bundan əvvəlki prezidenti Ali Şafak Öztürk yanvarın ortalarında istefa vermişdi. Hansı ki, o, 2016-cı ildən Antalya təmsilçisinə rəhbərlik edirdi.
Xatırladaq ki, "Antalyaspor” Super Liqada bu mövsüm keçirdiyi 25 oyuna topladığı 33 xalla 9-cu pillədə qərarlaşıb.
Fanat.Az