17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Sərkan Aydın Türkiyədə klubunu dəyişib.
Fanat.Az xəbər verir ki, bu barədə qardaş ölkənin mətbuatı məlumat yayıb.
Xəbərə görə, 16 yaşlı müdafiəçi "Kocaelispor”dan "Altınordu”ya keçib. Ancaq onun müqaviləsinin detalları açıqlanmayıb.
Qeyd edək ki, Sərkan Aydın Azərbaycanın U-17 millisində iki oyuna çıxıb.
Fanat.Az