15:49 25.02.2021 893

Millimizin üzvü: "Sevindirici olsa da, ağırlığını da hiss edirdik"

Bu gündən təlim-məşq toplanışına start verən futzal üzrə Azərbaycan millisi martın 4-də Bakıda, 5 gün sonra isə səfərdə Moldova yığması ilə qarşılaşacaq.

Fanat.Az xəbər verir ki, Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində keçiriləcək hər iki matça hazırlığını Bakı İdman Sarayında reallaşdıran komandanın təcrübəli qapıçısı Emin Kürdov Azərbaycan Futzal Federasiyasının saytına açıqlama verib. O, əvvəlcə Vətən müharibəsində qazanılan qələbəyə toxunub:

"Xalqımızı Vətən müharibəsindəki qələbə münasibəti ilə təbrik edirəm. Şükürlər olsun ki, ərazi bütövlüyümüz təmin edildi, 30 illik işğala son qoyuldu. Buna görə də 2020-ci ili ölkəmiz üçün uğurlu hesab etmək olar. Düzdür, COVİD-19 pandemiyası da ötən ilə təsadüf etdi, amma bu tək bizə deyil, bütün ölkələrə mənfi təsir göstərdi. Ancaq savaş meydanında qazandığımız qələbə müasir Azərbaycan tarixinin ən şanslı səhifəsi oldu. Bu yolda canını qurban vermiş şəhidlərimizə Allahdan rəhmət, saglamlığını itirmiş qardaşlarımıza isə şəfa diləyirəm. İsti evini soyuq səngərə dəyişən, döyüşlərdə iştirak edən əsgərlərimizə təşəkkür edirəm. Əlbəttə, Vətən, torpaq olan yerdə futzal, futbol sonrakı pillələrdə dayanır. Biz öz sahəmizdə nə qədər qələbələr qazansaq da, savaş meydanında əldə etdiyimiz uğurla heç müqayisə oluna bilməz. Şəhid və qazi analarının qarşısında baş əyirəm”.

Kürdov, zala dönüşlərinə sevindikləri qədər ağırlığını da hiss etdiklərini vurğulayıb:

"Pandemiya başladıqdan sonra sonuncu dəfə ötən ilin martında meydana çıxmışdıq. Ondan sonra zalların fəaliyyəti dayandırıldı. Təxminən 10 aydan sonra evimiz qədər doğma hesab etdiyimiz zala ayaq basdıq. Bu nə qədər sevindirici olsa da, ağırlığını da hiss edirdik. Açıq havada nə qədər məşq etsək də, zalda hazırlaşmaq tam fərqlidir. Çalışdıq ki, tez uyğunlaşaq”.

Millinin qələbə qazandığı oyunlara da toxunan qapıçı, xüsusilə də, Slovakiya ilə görüşün çətin keçdiyini bildirib:

"Hər iki oyunda qələbə qazansaq da, Slovakiya ilə qarşılaşma daha çətin keçdi. Yunanıstanla onların meydanında üz-üzə gəlsək də, ilk matçla müqayisədə bir qədər rahat oynadıq. Qazandığımız qələbələr reytinq əmsallarına da təsirini göstərdi. Artıq Avropa üzrə beşinci pillədəyik”.

Moldova millisi ilə keçiriləcək oyunların heç də asan olmayacağını deyən Emin, futzalda zəif rəqibin qalmadığını qeyd edib:

"Bu oyunlara da hazırlaşırıq. Bu gündən isə toplanışımız başlayır. Məşqlərimizi Bakı İdman Sarayında keçirməyimiz üstünlüyümüzdür. Asan oyun olmayacaq. İndi futzal elə səviyyəyə çatıb ki, zəif rəqib anlayışı qalmayıb. İstənilən halda, qarşımıza maksimum xal qazanmaq tapşırığı qoyulub. Buna nail olmaq üçün səfərbər olacağıq. Qrup mərhələsini birinci pillədə başa vurmalı, Avropa çempionatına birbaşa vəsiqə qazanmalıyıq”.
 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

01 İyul 2025
18:47

"O, superulduzdur" - Kovaç 1/8 final ərəfəsində Ramosdan danışdı

18:20

"Şamaxı" daha iki azərbaycanlını göndərmək istəsə də...

17:56

Fitboks nədir və onunla kimlər məşğul olmalıdır? - VİDEO

17:38

"Qəbələ" baxışa bir neçə legioner dəvət edəcək

17:20

"O, futbol tarixinin ən böyük məşqçisidir" - Yürgen Klopp

17:02

"Şamaxı" istəyir, "Turan Tovuz" Türkiyəyə aparır

16:44

"Bayern Münhen"in ulduzu bu tarixdən yeni nömrə ilə çıxış edəcək

16:26

Ansu Fati Fransa klubuna keçdi - RƏSMİ

16:09

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

15:57

Sloveniya təmsilçisi "Sabah"la oyuna yeni oyunçu ilə çıxacaq

15:38

"Qarabağ" sabah Avstriyaya yollanacaq - Yalnız bir futbolçu toplanışdan kənarda qalacaq

15:22

"Zirə"nin rəqibi 4 futbolçusunu yola saldı

15:04

"Zirə" "Sumqayıt"dan ayrılan futbolçunu heyətinə qatdı

14:46

Azər Məmmədov "Karvan"dan niyə ayrılıb? - Özü açıqladı

14:28

Madrid nəhəngi "Barselona"nın ulduzunu hədəf aldı

14:10

Ramiz Məmmədovun "Mingəçevir"in baş məşqçi postuna təyinatı niyə rəsmiləşmir? - SON DURUM

13:52

"Araz-Naxçıvan" "Qarabağ"ın sabiq vingerini gətirdi

13:44

"Beşiktaş" ingilis forvardla anlaşdı

13:25

“Araz-Naxçıvan” 5-ci səbətdə

13:06

"İmişli"yə keçmək variantı var idi, lakin..." - 2-ci Liqanın bombardiri

12:47

"Mingəçevir"də yeni yarımmüdafiəçi

12:29

Gürcüstan millisinin üzvü İngiltərə Premyer Liqasında oynamağa yaxındır

12:10

“İmişli”nin ilk “peşəkar" addımı

11:51

"Zirə"nin rəqibi Bolqarıstan təmsilçisini məğlub etdi

11:33

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:15

"Qarabağ"ın daha bir rəqibi bilindi

10:57

"İnter Mayami"dən Messi ilə bağlı vacib açıqlama - SON DURUM

10:38

Azərbaycan millisi Belarusla qarşılaşır

10:20

Klublararası dünya çempionatında son 1/4 finalçılar müəyyənləşir

10:01

"Beş-altı qol vura bilərdik" - Bernardu Silva "Əl-Hilal"a məğlubiyyətin səbəblərini dedi

09:23

David Ançelotti atasının "Real"da gənclərə güvənməməsindən danışdı - "Onlara böyük pullar yatırılıb"

09:00

"Mançester Siti" "Əl-Hilal"la bacarmadı

01:05

Klublararası dünya çempionatı: "İnter"i İtaliyaya erkən göndərdilər

30 İyun 2025
23:50

Azərbaycanın 3 güləşçisi finala yüksəldi

23:15

Arda Turan "Fənərbağça"nın 2 futbolçusunu "Şaxtyor"a aparır - SON DURUM

22:41

"Biz bu mövsüm PSJ-ni artıq bir dəfə yenmişiksə..." - Leon Qoretska

22:02

Premyer Liqa klubu 5 futbolçu ilə yollarını ayırdı - ADLAR

21:40

Rəşad Sadıqov "Qarabağ"la oyundan nə danışdı?

21:14

"Futbolçuların hazırlıq səviyyəsi tam qaydasında deyil" - Qurban Qurbanov

20:55

"Milan" millinin üzvü ilə vidalaşdı

Facebookdan bizi izləməyi unutmayın.
X