"Qarabağ” bu gün Premyer Liqanın 17-ci turunun oyununa xüsusi geyimlə çıxıb.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "Səbail"lə görüşə Ağdam komandasının futbolçuları meydana Xocalı soyqırımının 29-cu ildönümünü anmaq üçün xüsusi formalarda çıxıblar.
Formanın kürəyində #JusticeforKhojaly (Xocalıya ədalət), qolunda isə 613 rəqəmi (Xocalı soyqırmı qurbanlarının sayı) yazılıb.