Avropa Liqasında 1/16 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.
Fanat.Az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərə görə, bu ada İngiltərə "Tottenhem"indən Dele Alli, "Arsenal"dan Pyer-Emerik Obameyanq, Şotlandiya "Reyncers"indən Alfredo Morelos və Norveç "Molde"sindən Andreas Linde iddia edir.
Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə nəticəsində bəlli olacaq.
Fanat.Az