"Milan" "Portu"nun braziliyalı yarımmüdafiəçisi Otavio ilə razılığa gəlib.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış jurnalist Nikolo Skira şəxsi "Twitter" hesabında yayıb.
O, mövsümün sonunda azad agent olacaq futbolçunun İtaliya təmsilçisinə üz tutacağını və müddəti 2025-ci ilə qədər olan müqaviləyə qol çəkəcəyini bildirib. Skira orta xətt oyunçusunun ildə 3 milyon avro maaş alacağını da vurğulayıb.
26 yaşlı Otavio bu mövsüm Portuqaliya çempionatında çıxdığı 13 matçda 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Fanat.Az