Almaniya Bundesliqasında 23-cü tura start verilib.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma gerçəkləşib.
Frankfurt "Ayntraxt”ı səfərdə "Verder”lə üz-üzə gəlib. Hesabı qonaqlar açsa da, yekunda sevinən tərəf meydan sahibləri olub. Beləliklə, frankfurtlular turnir cədvəlində 3-cü pilləyə yüksəlmək şansını qaçıraraq 4-cü pillədə qalıb.
Almaniya Bundesliqası
23-cü tur
26 fevral
Verder – Ayntraxt 2:1
Qollar: G.Selassie, 47. Sargent, 62 – A.Silva, 9.