Ukrayna Premyer Liqasında 16-cı turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin formasını geyindyi "Aleksandriya” da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Vorskla” ilə qarşılaşıb. Futbolçumuzun komandası 1:3 hesabıyla yenilib.
Paşayevin adı matçın iştirak ərizəsinə salınmayıb.
"Aleksandriya” 16 turdan sonra 22 xalla 14 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.