İtaliya A Seriyasında 24-cü tura start verilib.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə üç görüş reallaşıb.
Açılış matçında "Spetsiya” "Parma”nı qəbul edib. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib.
Həftəiçi Çempionlar Liqasının 1/8 finalının ilk matçında "Bavariya”ya 1:4 hesabıyla yenilən "Latsio” "Bolonya”ya da boyun əyib.
Son çempion "Yuventus” "Verona” ilə üz-üzə gəlib və xal itirib.
Bu tur keçirilməli olan "Torino” – "Sassuolo” qarşılaşması isə meydan sahiblərinin bir neçə üzvündə koronavirus aşkarlandığı üçün təxirə salınıb.
İtaliya A Seriyası
24-cü tur
27 fevral
Spetsiya – Parma 2:2
Qollar: Qrasi, 52; 72 – Karamo, 17. Hernani, 25.
Bolonya – Latsio 2:0
Qollar: Mbaye, 19. Sansone, 64.
Verona – Yuventus 1:1
Qollar: Barak, 77 – Ronaldo, 49.
28 fevral
15:30. Sampdoriya – Atalanta
18:00. Krotone – Kalyari
18:00. İnter – Cenoa
18:00. Udineze – Fiorentina
21:00. Napoli – Benevento
23:45. Roma – Milan