"Barselona" Milan "İnter"inin müdafiəçisi Alessandro Bastonini heyətinə qatmaq istəyir.
Fanat.Az "Calciomercato"ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 21 yaşlı gənclə uzunmüddətli müqavilə imzalamağı hədəfləyib.
Mənbə "İnter"in Alessandronu 60 milyon avrodan ucuz satmayacağını vurğulayıb.
Bastoni 2017-ci ildən indiki klubundadır. Onun Milan təmsilçisiylə olan müqaviləsinin müddəti 2023-cü ilə qədərdir. Bu mövsüm göy-qara formayla 20 çempionat matçına çıxan müdafiəçi 2 məhsuldar ötürmə müəllifi olub. O, Çempionlar Liqasında keçirdiyi 6 görüşdə də 1 dəfə assistentlik məharətini göstərə bilib.