İngiltərə Premyer Liqasında 26-cı turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, bazar günü beş qarşılaşma baş tutub.
Zədəlilərin çoxluğu üzündən problemlər yaşayan "Liverpul” autsayder "Şeffild Yunayted”i səfərdə yenib. "Kristal Pelas" - "Fulhem" matçı qolsuz heç-heçə ilə bitib. "Arsenal" rəqib meydanında "Lester"i üstələyibsə, "Çelsi” "doğma divarlar arası"nda "Mançester Yunayted”lə "quru sülh"ə razılaşıb. Joze Mourinyulu "Tottenhem" isə darmadağına sevinib.
İngiltərə Premyer Liqası
26-cı tur
28 fevral
Kristal Pelas – Fulhem 0:0
Lester – Arsenal 1:3
Qollar: Tilemans, 6 – D.Luis, 39. Lakazette, 45+2-pen. Pepe, 52.
Tottenhem – Börnli 4:0
Qollar: Beyl, 2; 55. Keyn, 15. Lukas, 31.
Çelsi – Mançester Yunayted 0:0
Şeffild Yunayted – Liverpul 0:2
Qollar: Cons, 48. Brayan, 64-öz qapısına.
1 mart
00:00 Everton – Sauthempton