Çinin "Tszyansu" futbol klubu maliyyə problemləri üzündən fəaliyyətini dayandırıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Bəyanatda bildirilib ki, "Bizə ən yaddaqalan qələbələr qazandırmış futbolçular və sadiq azarkeşlərlə vidalaşmaq istəməsək də, açıqlamağa məcburuq: Bu gündən "Tszyansu" öz komandalarının fəaliyyətinə son qoyur".
Qeyd edək ki, klubun borcu 90 milyon dollardır. "Tszyansu"nun sahibi "Suning Commerce Group" ötən il Çin çempionatının qalibi olmuş klubu satmağa çalışıb. Şirkət İtaliya "İnter"inin də səhmlərinə nəzarət zərfinə sahibdir.
Fanat.Az