Fransanın "Renn" klubu baş məşqçisi Jülyen Stefanı istefaya göndərib.
Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xəbərə görə, Stefandan boş qalan posta komandanın məşqçisi Filipp Bizel keçib.
Qeyd edək ki, Jülyen Stefan 2012-ci ildən "Renn" klubunda çalışır. 40 yaşlı mütəxəssisin rəhbərliyi altında komanda Fransa Kubokunu qazanıb və tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə adlayıb.
Fanat.Az