UEFA Avropa Liqasının 1/8 final mərhələsində üz-üzə gələcək İngiltərənin "Tottenhem" və Xorvatiyanın "Dinamo" (Zaqreb) klublarının ev oyunlarının yerini dəyişib.
Fanat.Az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Daha əvvəl ilk matçın Xorvatiyanın paytaxtında olacağı açıqlansa da, qurum qərarını dəyişib. Belə ki, ilk görüş Londonda, cavab matçı isə Zaqrebdə keçiriləcək.
Qeyd edək ki, oyunlar 11-18 mart tarixlərində oynanılacaq.
Fanat.Az