Məşhur rusiyalı futbol məşqçisi Oleq Romantsevin səhhətində problem yaranıb.
Fanat.Az xəbər verir ki, Rusiya millisinin və "Spartak”ın (Moskva) sabiq baş məşqçisi xəstəxanaya aparılıb. İnfarkt keçirən 67 yaşlı mütəxəssis reanimasiyada yerləşdirilib.
Bu barədə məlumat verən "Spartak”ın keçmiş məşqçisi Georgi Yartsev "Bu gün nə olduğunu öyrənəcəyik. Dünən heç nə aydın deyildi. Hər hansı bir məlumat varsa, onu yalnız axşam biləcəyik” deyib.