İngiltərə Premyer Liqasında mübarizə aparan klublar növbəti dəfə koronavirus testindən keçiblər.
Fanat.Az xəbər verir ki, bu barədə turnirin rəsmi saytı məlumat yayıb.
Xəbərə görə, 22-28 fevral aralığında 2733 nəfərdən götürülmüş koronavirus testlərindən ikisinin nəticəsinin müsbət olduğu bildirilib.
Koronavirusa yoluxan şəxslərin adları açıqlanmayıb. Onlar 10 günlük karantinə alınıblar.
Fanat.Az