Almaniyanın "Arminiya” komandasının yeni baş məşqçisi məlum olub.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Bundesliqa təmsilçisi Frank Kramerə tapşırılıb. Mütəxəssislə müddəti 2023-cü ilin yayına qədər olan müqavilə imzalanıb.
Qeyd edək ki, "Arminiya”da dünən baş məşqçi Uve Noyhaus istefaya göndərib. Buna səbəb Bilefeld təmsilçisinin uğursuz çıxışı olub. Belə ki, komanda Bundesliqada 16-cı sırada qərarlaşıb.
Fanat.Az