"Barselona" "Arsenal"ın baş məşqçisi Mikel Arteta ilə maraqlanmır.
Fanat.Az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin rəsmisi Rafa Yuste məlumat verib.
O, bildirib ki, "Barselona" tərəfindən 38 yaşlı mütəxəssislə heç bir danışıq aparılmayıb.
Qeyd edək ki, bir neçə gün öncə Mikel Artetanın "Barselona"nın baş məşqçisi Ronald Kumanı əvəz edəcəyi ilə bağlı xəbərlər yayılmışdı.
Fanat.Az